Erməni ilə “selfi” çəkdirən müğənni Bakıda toy etdi - foto

Erməni ilə “selfi” çəkdirən müğənni Bakıda toy etdi - foto
6524 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl erməni ilə “selfi” çəkdirməklə gündəmə gələn gənc müğənni Səbinə Rəhimova ailə həyatı qurub.
 
Axşam.az aznews.az-a istinadən xəbər verir ki, iki gün öncə paytaxtın dəbdəbəli restoranlarından birində özünə toy çaldıran müğənni Norveç vətəndaşı ilə ailə həyatı qurub.

Qeyd edək ki, “Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə Rəhimovanın bir müddət əvvəl erməni ilə “selfi” çəkdirərək sosial şəbəkələrdə paylaşması səs –küyə səbəb olmuşdu. O, gürcü qızı və erməni Levon Harutyunyanla çəkdirdiyi fotonun altında “Bütün qafqazlılar birlikdə” şərhini yazmışdı.



Müğənni sonradan bildirmişdi ki, şəkil çəkdirdiyi şəxs Osloda yaşayır və ermənilərin törətdikləri vəhşiliyə görə indiki Ermənistan hakimiyyətinə nifrət edir.

Hazırda Norveçin paytaxtı Oslo şəhərində təhsil alan S.Rəhimova 1990-cı ildə Bakı şəhərində anadan olub. O, ilk ali təhsilini Azərbaycan Dillər Universitetində alıb.