Merilin Monronun fotolarına maraq azaldı

Merilin Monronun fotolarına maraq azaldı
1254 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi Hollivud ulduzu Merilin Monronun 20 yaşında ikən çəkilmiş şəkillərinin hərracı gözlənilən nəticəni verməyib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Henry Aldridge&Son” auksion evinin rəhbəri Andryu Aldric “Belə nadir fotoların yalnız 4 min 250 sterlinqə (təxminən 5500 manat) satılması təəccüblüdür”, deyə açıqlama verib.
 
O, həmin şəkillərin əsl dəyərinin 8 min sterlinq (təxminən 10 min manat) olduğunu söyləyib. 



Merilin bu şəkli çəkdirərkən hələ tanınmırdı. Adını belə dəyişməmişdi. Burada Norma Cin Beyker kimi poz verən aktrisa 20 yaşındadır. 1946-cı ildə çəkilən bu şəkil M.Monronun ilk peşəkar sınağıdır. Bu, Merilinin fabrikdə adi işçi olarkən çəkilmiş fotosudur.


Ötən il təşkil olunan hərracda Monronun 1952-ci ildə aldığı mükafat 62 min dollara satılmışdı. Əynindəki bu gecə libası isə təxminən 21 min dollara alıcı tapmışdı. Aktrisanın plastik əməliyyatlar etdirdiyini sübuta yetirən rentgen şəkilləri isə 45 min dollara satılmışdı.