“Keçmişimdən danışmaq həyat yoldaşıma hörmətsizlik olar” - Sevda

“Keçmişimdən danışmaq həyat yoldaşıma hörmətsizlik olar” - Sevda
5991 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə-müğənni Sevda Sanəliyeva şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, “Bu saat” verilişinin “Stop” rubrikasının qonağı olan sənətçi ailə qurduqdan sonra bir çox insanı həyatından çıxardığını deyib:

“Seçimlərimdə, yaxın ətrafımda lazımsız insanları həyatımdan çıxardım. Neqativ enerjili, ancaq ziyan gətirəcək adamlar artıq yanımda deyil. Çünki həyatımda yalnız pozitiv insanların qalmasını istəyirəm”.

S.Sanəliyeva yalançı toy etməsi ilə bağlı şayiələrə də son qoyub:

“Yalançı toy edən bütün jurnalistləri yığardı, göstərərdi. Mən gizlətdim. Bu barədə heç kəsə söyləmədim. Sadəcə, bilindi, danışıldı. Mənim ağzımdan heç kim eşitmədi. Rəsmi və dini nikahım var. Hər şey qayda-qanunladır. Ana olmağıma gəldikdə isə... Hamiləliyin ilk vaxtlarında hər şey baş verə bilər, ona görə də gizlətməyə çalışdım. İndi hamiləliyimin üçüncü ayındayam. İnşallah, salamatçılıq olar. İllərdir ana olmaq arzusundayam. Sənətdən sonuncu dəfə uzaqlaşmağımın səbəbi də o idi. Xarici ölkələrdə müalicə aldım, amma xeyrini görmədim. Allah xoşbəxtliyimi toy günümə qismət etdi. Ana olmaq, ailə qurmaq hər xanımın haqqıdır”.

Həyat yoldaşından söz açan Sevda keçmişi ilə bağlı sualları cavablandırmayıb:
 
“Həyata yeni başladım. Tək deyiləm, həyat yoldaşımla addımlayıram. Keçmişimdən danışmaq ona hörmətsizlik olar. Təmizliyi çox sevirəm. Hazırda həssas vaxtımdır. Hər şeydən narahat oluram. İş görməkdən qorxuram. Şirniyyat hazırlamağı sevirəm. Çalışıram özüm bişirim. Həyat yoldaşım mənə kömək edir, nazımı çəkir. Bir dəfə o edəndə, üç dəfə mən hazırlayıram. Yeməkləri hərdən o bişirir”.

Qeyd edək ki, verilişin müəllifi Nail Naiboğludur.