"Oğlumun atasına nə olub ki?"

"Oğlumun atasına nə olub ki?"
8263 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyevanın sosial şəbəkədə yazdığı “Övladlarıma həm atayam, həm ana” sözləri birmənalı qarşılanmayıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin bu şərhi onun həyat yoldaşından ayrılması kimi qələmə verilib. F.Fətəliyeva əməkdaşımızla söhbətində yazdığı şərhin yanlış anlaşıldığını bildirib:

"Mən demək istəmişəm ki, həm ata, həm də ana rolunu oynayıram. Qadının işi evində oturub, ancaq xanımlıq etməkdir. Mənsə həm də pul qazanıram. Başqa bir yerə yozulmasın. Oğlumun atasına nə olub ki? Allaha şükür, onun atası var, yanındadır. Həyatımda hər şey yolundadır".

Qeyd edək ki, F.Fətəliyevanın qızı Aydan ilk, oğlu Hüseyn isə ikinci evliliyindəndir.