Elnur “Xalq parad”dan uzaqlaşdırılmasını istədi

Elnur “Xalq parad”dan uzaqlaşdırılmasını istədi
1807 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnur Məmmədov 106.3 FM-də yayımlanan “Xalq parad” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, “Sonunda” mahnısı ilə həftənin birincisi seçilən ifaçı öz istəyi ilə sorğudan uzaqlaşdırılmasını tələb edib. O, bundan sonra adının belə sorğularda hallanmamasını istəyib:
 
“İstəmirəm sevənlərim arasında söz-söhbətlər olsun, narahatlıq yaransın. Öz xahişimlə mahnım sorğudan çıxarılsın”.

Verilişin aparıcısı Kazım Sübhan E.Məmmədlinin heç bir mahnısının sorğuya salınmayacağını bildirib.

Qeyd edək ki, “Xalq parad” verilişi hər həftənin şənbə günü saat 17:00-da başlayır.