Şərqiyyə Hüseynova rəhmətə gedən qızından danışdı

Şərqiyyə Hüseynova rəhmətə gedən qızından danışdı
7152 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova bir neçə gün öncə dünyasını dəyişmiş qızı Mehriban Əhmədovadan danışıb.

Axşam.az xəbər verir ki, xalq artisti publika.az-ın əməkdaşı ilə söhbətində çox ağır günlər yaşadığını bildirib:

“Nəvəmin 14 yaşı var. Bütün günü ağlayır, çox pisdir. Birtəhər məktəbə getməklə başını qatır. Mən də nə edəcəyimi bilmirəm. Bu barədə danışmaq çox ağırdır”.

Ş.Hüseynova qızının onun qucağında keçindiyini bildirib:

“Son vaxtlar təzyiqi yuxarı idi. Həkimə də getmək istəmirdi. Gecə qucağımda halbahal oldu. Üzünə su çiləyirdim, dərman verirdim. Birdən əlləri düşdü... Keçinəndə qucağımda idi”.

Qeyd edək ki, Ş.Hüseynovanın 43 yaşlı qızı Mehriban Əhmədova bu ayın 8-də insultdan dünyasını dəyişib.