“Həyəcanla dünyaya gələcəyi günü gözləyirik”

“Həyəcanla dünyaya gələcəyi günü gözləyirik”
4152 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Pelin Karahan ötən gün dostları ilə gəzintiyə çıxarkən görüntülənib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, 6 aylıq hamilə olan P.Karahan körpəsini qucağına almaq üçün səbirsizləndiyini deyib:
 
“Doğuşa 3 ay qalıb. Oğlumuz olacaq, adını Əli Dəmir qoyacağıq. Həyəcanla dünyaya gələcəyi günü gözləyirik”.

Pelin həyat yoldaşı, iş adamı Bedri Güntaya həm öz, həm də oğlunun adından məktublar da yazıb. “Canım atam” başlıqlı məktubu alan B.Güntay kövrələrək İnstaqramda duyğularını belə ifadə edib:
 
“32 yaşımda mənə ən gözəl hədiyyəni verən həyat yoldaşımla və canım oğlumla bütün ömür boyu xoşbəxt olmağım arzusuyla…”.

Xatırladaq ki, Pelin Karahan və Bədri Güntay iyunda ailə qurublar.