Nadir yeni aldığı bahalı maşınını satdı

Nadir yeni aldığı bahalı maşınını satdı
2286 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə yeni aldığı “Maserati” markalı maşınını satıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Gündəlik” verilişində deyib. O, aparıcının “Bahalı maşın almışdın, necə oldu” sualına belə cavab verib:

“Var idi, almışdım. Amma indi yoxdur. Bir həvəs idi, gözümün qurdunu öldürdüm, sonra satdım. Amma gələcəkdə yenidən ola bilər. Bahalı maşın sürmək mənim haqqımdır. Müğənniyəm, əziyyətlə qazanıram. Başqası 1 milyonluq avtomobil sürür. Mənə dəyməyin, qoyun iki balamı böyüdüm. Mənim “dayım”, sevgilim yoxdur ki, polis saxlayanda kiməsə zəng vurub tapşırtdırım”.