Məşhur aktyordan Hollivuda gözlənilməz ittihamlar

Məşhur aktyordan Hollivuda gözlənilməz ittihamlar
991 dəfə oxunub
  • A-
  • A
  • A+
İspaniyalı ulduz Antonio Banderas vətənində keçirilən “San Sebastian Film Festivalı”nda “Automata” filmi ilə iştirak edir.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, filmin həm qəhrəmanı, həm də rejissoru olan Banderas, müsahibəsində Hollivud haqda gözlənilməz ittihamlar irəli sürüb:

“İngiliscə tələffüzümə və milliyətimə görə hər zaman Hollivudda sıxışdırılmışam. Ora artıq əvvəlki kimi deyil. Mən kino sənətini, rejissorluğu, aktyorluğu çox sevirəm. Ona görə də, xoşladığım işlə məşğul olmağa davam edəcəm. Lakin bundan sonra öz vətənimdə - İspaniyada çalışmağı düşünürəm”.

Qeyd edək ki, aktyor “Automata” filmini 5 milyon avroya ərsəyə gətirib. A.Banderas layihəni 4 ilə hazırladığını bildirib.