“Bu şəhərdə” 14 yaşında kimləri parodiya edəcək?

“Bu şəhərdə” 14 yaşında kimləri parodiya edəcək?
3027 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu şəhərdə” komandasının yaranmasından 14 il keçir.

Axşam.az-ın məlumatına görə, bu haqda “Hər şey daxil” verilişinə qonaq olan aktyorlar Coşqun Rəhimov və Rafael İsgəndərov deyib.

C.Rəhimov növbəti konsertlərində parodiya edəcəkləri məşhurlardan danışıb:

“Bu il 14 yaşımız tamam olur. Oktyabrdakı konsertdən sonra Naxçıvana gedəcəyik. Noyabrın ilk on günlüyündə isə Moskvada konsert verəcəyik. Hər müğənnini parodiya etmək asan deyil. Gərək onun hərəkəti bizim janra uyğun olsun. Bir balaca səhv buraxanları parodiya edirik ki, bir də təkrarlamasınlar. Bu il Xatirə İslamı, Rəcəb Cavadovu parodiya edəcəyik. Bir də son günlərdə sosial şəbəkədə özünü reklam edən, pikniki sevən bir ifaçı ilə bağlı səhnəciyimiz olacaq. Tam açıqlamayaq, amma maraqlı səhnələr boldur”.

Qeyd edək ki, “Bu şəhərdə”nin “UZİ-n ağ olsun” adlı konserti oktyabrın 10-11-12-13-14-də Heydər Əliyev Sarayında baş tutacaq.