Müşərrəf Akayın həyat yoldaşı gəncəli imiş

Müşərrəf Akayın həyat yoldaşı gəncəli imiş
2375 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Müşərrəf Akayın xalq artisti Faiq Ağayevin dəvəti ilə Bakıya gəlməsi barədə xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, ifaçılar bu gün “Günəbaxan” verilişinin qonağı olublar.

M.Akay Bakıya gəlmə səbəbindən danışaraq xalq artisti Zeynəb Xanlarovaya salam göndərib:

“Buradan ölkə başçısı İlham Əliyevə və xanımına salamlar göndərirəm. Eyni zamanda “Azərbaycan musiqisinin kraliçası” – Zeynəb Xanlarovanı öpürəm. Onu Türkiyədə qonaq etmişəm. Burada görüşmək, çayını içmək istəyirəm. Bura dostum Faiq Ağayevin dəvəti ilə gəlmişəm. Faiqin anası ilə tanış oldum. Onun anası “qızıl alma”dır. Çox gözəl bir insandır. Faiqin özü isə başqa bir aləmdir. Onu bu dəfə görəndə çox təəccübləndim. Dəyişib, daha yaxşı olub. Onunla “Dəşti” mahnısını duet oxuyacağıq. Yeni ilə kimi hazırlamalıyıq. Bu mahnının klipini də Azərbaycanda çəkdirəcəm. İstəyirəm Bakının gözəl məkanlarının görüntüsü olsun. Dörd Azərbaycan mahnısı oxuyacam və onu albom kimi çıxaracam. Bu da mənim Azərbaycana hədiyyəm olacaq. Emin Sabitoğlunun “Ulduzlu gecə” bəstəsini də oxumuşam. Xanımı Xədicə Abbasovadan icazə alıb, sözlərini dəyişdirdim ki, Türkiyədə başa düşülsün. Buranı çox sevirəm. Mən Azərbaycanın keçmişini də, bu gününü də bilirəm. Buranın adı gələndə duyğulanıram. Siz “Eurovision”da qalib olanda mən ağladım”.

M.Akay ikinci həyat yoldaşının azərbaycanlı olduğunu da deyib:

“Mənim ikinci həyat yoldaşım Əkbər Gəncədən idi. Mən də Azərbaycan gəlini olmuşam. Bu ölkəyə olan sevgimdən azərbaycanlıya ərə getdim”.