“Uşaq kanallarını izləmək anamı ağlatdı” - Cem Yılmaz

“Uşaq kanallarını izləmək anamı ağlatdı” - Cem Yılmaz
1241 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli yumor ustası Cem Yılmaz 26-cı “Kristal Alma Yaradıcılıq Festivalı”nın bağlanış mərasimində səhnəyə çıxıb.

Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, aktyor zarafatları ilə tədbirin qonaqlarını göz yaşlarına qərq edib. Son zamanlar qısamüddətli eşq macəraları ilə gündəmə gələn C.Yılmaz çıxışında şəxsi həyatı haqda danışıb:
 
“İki il dayanmadan “Baby TV” kimi uşaq kanallarını izləmək anamı ağlatdı”.

Cem gecə klublarında görüntülənməsi haqda isə “Dostlarıma sevgili axtarmağa çıxmışdım, mənim başqa məqsədim yox idi”, deyə bildirib.
 
Daha sonra isə auditoriyaya müraciət edərək "Aranızda mənə uyğun subay xanımlar var” sualını səsləndirib.