“Gözəl ailə başçısı olacam”

“Gözəl ailə başçısı olacam”
1731 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xəyyam Nisanov evlənmək istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi “Bizim gün” verilişində axtardığı xanımı hələ ki, tapmadığından şikayətlənib:

“Son üç ildir evliliyə tam hazıram. İnsan gərək formalaşsın, sonra ailə qurmağı düşünsün. Evlənmək istəyənin işi, evi olmalıdır. Bu, xanımlar üçün yox, kişilər üçün önəmlidir. Mənim də artıq bütün əksiklərim düzəlib. Amma axtardığım xanımı hələ tapmamışam. Qarşıma çıxsa, mütləq evlənəcəm. Ailə qurmağa tam hazıram, həm də artıq bunu istəyirəm. Bilirəm ki, gözəl ailə başçısı olacam”.