Stiv Cobs övladlarına “iPhone”nu qadağan edibmiş

Stiv Cobs övladlarına “iPhone”nu qadağan edibmiş
2039 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış amerikalı ixtiraçı, “Apple”ın yaradıcısı Stiv Cobs övladlarına “iPhone” işlətməyi qadağan edibmiş.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Cobs bu haqda bir vaxtlar  “The New York Times”a müsahibəsində deyib. Stiv daha bir etiraf edib. O, övladlarının etirazına baxmayaraq, onlara həftə sonu və axşamlar kompüterdən, “iPad”dən və internetdən istifadəni qadağan edirmiş.

“Telefon narkotik kimidir. Mütəxəssislər deyir ki, uşaqlara planşetlərdən 30 dəqiqədən artıq istifadə etməyə icazə verilməməlidir. Smartfon telefonlarını isə 2 saatdan artıq işlətməsinlər. 10-14 yaşlı uşaqlar isə kompüterdən yalnız dərsləri üçün yararlana bilərlər” deyə o, müsahibəsində əlavə edib.

S.Cobs uşaqları ilə şam yeməyində dərslərdən, kitablardan, tarixdən, hətta siyasətdən danışırmış. Övladları ona “iPhone”la bağlı isə ümumiyyətlə sual verməyiblər.  O, hər zaman uşaqlarını internetdən asılı olmadan böyüdəcəyini arzulayıb.

Qeyde dək ki, Cobs 2011-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.