Xoşqədəm Hidayətqızı Əfqanıstandadır

Xoşqədəm Hidayətqızı Əfqanıstandadır
1510 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı hazırda Əfqanıstandadır.

Axşam.az-ın məlumatına görə, iki gün öncə yola çıxan aparıcı sözügedən ölkəyə proqramın növbəti çəkilişləri ilə bağlı səfər edib.

X.Hidayətqızının telefonuna zəng çatmadığı üçün bu səyahətlə bağlı suallara layihənin əməkdaşı cavab verib. O bildirib ki, səfərin məqsədi “Səni axtarıram” verilişi çərçivəsində aparılan axtarışla bağlıdır:
 
“Xoşqədəm xanımın kimi axtardığını dəqiq deyə bilmərik. Yəqin ki, bu haqda özü qayıdandan sonra proqramın növbəti buraxılışlarında daha ətraflı məlumat verəcək”.

Qeyd edək ki, bu, teleaparıcının Əfqanıstana ikinci səfəridir.