“Anam boşanmağımı istəyir”

“Anam boşanmağımı istəyir”
3055 dəfə oxunub
  • A-
  • A
  • A+
6 illik həyat yoldaşı, italiyalı iş adamı Lüdovik Fattizzodan boşanma ərəfəsində olan model Tuba Özay “Aramızda qalsın” verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
 
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, ərindən ayrılma səbəbinin bir-birlərindən çox uzaqda yaşamaları olduğunu bildirən model Lüdovikin birlikdə İtaliyada qalmaq təklifini müsbət qarşılamayıb:
 
“Orada yaşaya bilmərəm. Mənim bütün həyatım Türkiyə ilə bağlıdır. Valideynlərim də burada yaşayır. Həyat yoldaşım məni karyeramı üstün tutmaqda ittiham etsə də, əslində belə deyil. Burada başqa amillər də var. Onu sevirdim, amma istədiyim kimi xoşbəxt deyildim”.

T.Özay valideynlərinin onun ailə həyatı haqqında düşüncələri barədə isə maraqlı açıqlama verib:

“Ailəm yenidən ərə getməyimi istəyir. Atam bu işə qarışmasa da, fikirlərini bəlli edir. Anam isə açıq-aşkar boşanmağımı istəyir. Çünki məni özlərindən sonra əmanət edə biləcəkləri biri ilə evləndirmək arzusundadırlar”.