Xəstələnməmək üçün bu yazını oxuyun

Xəstələnməmək üçün bu yazını oxuyun
5373 dəfə oxunub
  • A-
  • A
  • A+

Özünü heç də pis hiss etmirsən. Amma buna baxmayaraq bədənində qəfildən əvvəlcə heç rastlaşmadığın qəribə simptom başladı. Məsələn, ürək döyüntün tezləşir, susuzluqdan əziyyət çəkirsən... bu xəbərdarlıq siqnallarına laqeyd qalmaq olmaz. Bəlkə də bu hansısa bir xəstəliyin siqnalıdır. Bütün xəstəlikləri erkən müalicə etmək müsbət nəticə verir. Elə buna görə də bədənimizin xəstəliklərlə bağlı verdiyi siqnallara əhəmiyyət vermək vacibdir.

Axşam.az xarici mətbuata istinadən simptomun hansı xəstəliyin əlaməti olduğunu təqdim edir: 

Simptom
Dodaqlar quruyur və çatlayır
Dodaqlarını tez-tez yalayırsan? Əgər bu, küçədə baş verirsə, dodaq çatlayır. Təbii haldır. Digər halda isə bunun səbəbi orqanizmdə vitamin və aminturşusu çatışmazlığıdır. Bəzən istifadə etdiyiniz dodaq boyası da allergiya yarada bilər. Elə insanlar var ki, onların bədəni nikotin qəbul etmir. Dodaq ətrafındakı çatlar stafilokok və ya göbələyə yoluxmanın göstəricisidir.
Nə etməli? Əgər problem yeni başlayıbsa, bunu özün də aradan qaldıra bilərsən. Məsələn, dodaq boyanı dəyişdir, gün ərzində su qəbulunu çoxalt. (1,5 litrdən çox olmasın). Yediklərinə diqqət et: süd məhsulları, yulaf, qara çörək, ət, tərəvəz və meyvələri çox yeməyə başla. Həkimə müraciət etməyi yaddan çıxartma. Ola bilsin ki, problem ciddidir, sənə həkim müalicəsi lazımdır.

Simptom
Damaq qanaması
Dişlərini fırçalayan zaman damağından qan axmağa başlayır? Fırçaya diqqət et: ola bilsin o coddur, damağını zədələyir. Yox, əgər fırçanla bir problem yoxdursa, demək məsələ bir az ciddidir. Damaq qanaması bir çox xəstəliyin ilk əlamətidir: qinqivit, diabet, gemofiliya və C vitamini çatışmazlığı.
Nə etməli? Həkimə müraciət et, qan analizi ver. Tərkibində C vitamini olan meyvə və tərəvəzlər ye. Palıd kökü, qoyunqıran və ya qanotunu qaynar suya töküb, 2-3 saat saxla. Sonra bu su ilə gündə iki dəfə dişlərini yaxala.

Simptom
Əllər əsir
Bəzən çox iş görəndən sonra əllər əsməyə başlayır. Həyəcanlananda isə barmaqlarının arası tərləyir. Əllərin tərləməsi öz-özünə keçib gedir. Əsmənin səbəbi isə ya sinir sisteminin pozğunluğu, ya da spirtli içki qəbulu ilə əlaqədar olur. Bu, Parkinson xəstəliyinin (mərkəzi sinir sistemi) ilk əlaməti ola bilər.
Nə etməli? Əgər bu hal tez-tez təkrarlanarsa, dərhal həkim-nevropatoloqa müraciət etmək lazımdır. Təmiz havada çox gəzməli, yatarkən ətrafda səssizlik olmasına fikir verməlisən. Dağ tərxunu əl əsməsinə qarşı əla effekt verir. Tərxunu ağızda 15-20 dəqiqə çeynəyib ud. Bu prosesi gündə 3 dəfə təkrarla. Əgər əllərin əsməsi ilə yanaşı üzün qızarır, hərəkət etmək çətinləşir, ürəyin bulanarsa, bu o deməkdir ki, sən zəhərlənmisən. Bu halda dərhal həkim çağırmaq lazımdır.

Simptom
Göz ətrafında qara ləkələr
Yəqin ki, ağır iş rejimindən sonra gözünün ətrafında qara ləkələrin əmələ gəldiyinin şahidi olmusan. Bu, göz qapağının və şəffaf pərdənin funksiyasının pozulması deməkdir. Belə hal əsasən, şəkər xəstəliyi zamanı baş verir. Bu, həm də görmə qabiliyyətinin zəifləməsinin əlaməti ola bilər.
Nə etməli? Gözü çox yükləmək olmaz. Bu məsləhətə əsasən kompüter arxasında işləyənlər əməl etməlidirlər. Hərdən ara verib, havaya çıxmaq yaxşı olar. Əgər buna imkanın yoxdursa, onda yaşıl rəngli nəyəsə bax.
Qara ləkədən tamamilə xilas olmaq üçünsə bu məlhəmdən istifadə et: 2 çay qaşığı xamanı və 1 çay qaşığı xırdalanmış cəfərini qarışdır. Gözün ətrafına çəkib, beş-on dəqiqə saxladıqdan sonra ilıq su ilə yu. Astaca həmin yeri massaj et.