Rafet El Roman soyadını dəyişib

Rafet El Roman soyadını dəyişib
2071 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış müğənnisi Rafet El Roman soyadını dəyişib.

Axşam.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, müğənni Almaniyada“Yaşdut” soyadının məhkəmə yolu ilə dəyişdirilərək "El Roman" olmasına nail olub. Rafet bunun üçün 4 il mübarizə aparıb.

Müğənni bu günə qədər "El Roman" soyadı ilə tanınıb. Lakin bundan sonra Rafetin şəxsiyyət vəsiqəsi və xarici pasportunda "Yaşdut" deyil, "El Roman" soyadı yazılacaq.

Sənətçinin Tuğba Altıntopdan olan qızları Su və Şevvalın, 7 illik keçmiş sevgilisi Yeşim Eryıldırımdan olan oğlu Edvanın da soyadları El Roman olaraq qeydə alınacaq. Sənətçi, ailə və qohumlarının etirazlarına baxmayaraq soyadını El Roman olaraq rəsmiləşdirib.

Qeyd edək ki, Rafet El Roman "EL ROMAN" adından 1400-cü illərdə yaşayan bir İspan nağıl qəhrəmanı ELROMANO-nun həyat hekayəsindən təsirlənərək, 1992-ci ildən bu günə qədər istifadə edir.