Beyons və Cey Zinin 85 milyonluq yeni evi - fotolar

Beyons və Cey Zinin 85 milyonluq yeni evi - fotolar
2891 dəfə oxunub
  • A-
  • A
  • A+
Hip-hop dünyasının məşhur cütlüyü Beyons və Cey Zi Beverli Hillsdə 85 milyon dollarlıq ev almağı planlaşdırır.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ailənin seçdiyi villanın 8 yataq otağı, 15 hamamı və 16 avtomobillik qarajı, 24 nəfərlik kinoteatrı, basseyni var. Villadan Malibu çimərliyinə panorama açılır.

Qeyd edək ki, yay tətilində cütlük aylığı 200 000 dollar olan 7 yataq otaqlı malikanədə kirayə qalırdı.

Xatırladaq ki, bu il Beyons 115 milyon dollarlıq qazancı ilə “Forbes” jurnalının “Ən zəngin məşhurlar” siyahısında birinci yerə çıxıb. Cey Zi isə 60 milyonluq gəliri ilə eyni siyahıda 6-cı pillədədir.