Mərvə: “Kişidə şeytan tükü olmalıdır” - fotolar

Mərvə: “Kişidə şeytan tükü olmalıdır” - fotolar
2474 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Mərvə Boluğur “Hürriyet” qəzetinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, gənc aktrisa ailəsindən, karyerasından və şəxsi həyatından bəhs edib:

“Ailədə 4 nəfərik: atam anam, mən və qardaşım. Anam mənə həddindən çox bağlıdır, hər zaman yanımda olur. Atam isə heç vaxt mənə qadağalar qoymayıb. Bu o demək deyil ki, mən nə istəsəm edə bilərəm. Çox gözəl ata-qız münasibətimiz var. Mənəvi cəhətdən ailəmdən çox böyük dəstək alıram”.

Mərvə aktrisa olmaq istəyinin necə yaranmasından danışıb:

“Həmişə aparıcı olacağımı deyirdim. Bir sözlə, efirdə görünmək istəyirdim. Həmişə iş qadınlarına həsəd aparırdım və məktəbi qurtaran kimi iş dünyasına atılmaq fikrində idim. Qohumlarımdan biri reklam şirkətində çalışırdı. Bir gün məni sınaq çəkilişlərinə dəvət etdi. Orada mənə model olmaq təklifi gəldi, qəbul etmədim. Daha sonra isə aktrisalıq etmək üçün qarşıma şans çıxdı. Bu dəfə razılaşdım. “Küçük sırlar” serialının həyatımda xüsusi yeri var”.

M.Boluğur şəxsi həyatı ilə də bağlı açıqlamalar verib:
 
“Həyatımdakı insanla hər şeyimi paylaşa bilərəm. Kişidə şeytan tükü olmalıdır. Mən heç nə demədən sürprizlər hazırlayan, düşüncəli, incə ruhlu adamı xoşlayıram. Sevgi qarşılıqlı olmalıdır”.

Qeyd edək ki, Mərvə Boluğur məşhur “Maybelline” markasının ilk türk siması seçilib və çəkilişlərlə əlaqədar müsahibəsini Nyu-Yorkda verib.