Paraşütlə tullanmaq Castin Biberə baha başa gəldi

Paraşütlə tullanmaq Castin Biberə baha başa gəldi
1216 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı ifaçı Castin Biber paraşütlə atlanarkən qulaq pərdəsini zədələyib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, müğənni bu səbəbdən qulaq əməliyyatına girəcək. C.Biber bu xəbəri öz rəsmi “Twitter” səhifəsində fanatları ilə bölüşüb. Sevənlərini narahat olmamağa səsləyən Biber sonuncu albomunun hazırlıq işlərini yekunlaşdırdıqdan sonra əməliyyat olunacağını bildirib.

Qeyd edək ki, son bir il ərzində bir çox qanun pozuntusuna yol verən 20 yaşlı super star artıq səhvlərini anladığını və sağlam həyat tərzinə başladığını söyləyib.