46 yaşlı müğənninin səhnəyə dönüşü möhtəşəm oldu – fotolar

46 yaşlı müğənninin səhnəyə dönüşü möhtəşəm oldu – fotolar
3594 dəfə oxunub
  • A-
  • A
  • A+
 “Dünyanın heç vaxt qocalmayan məşhurları” siyahısında ilk sıralarda olan 46 yaşlı müğənni Kayli Minoq Avropa turnesinə çıxıb.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ötən gün səhnəyə çıxan sənətçi görünüşü ilə hər kəsi heyrətləndirib. Libasları ilə göz oxşayan Kayli möhtəşəm şou göstərib.

27 illik karyerası boyunca öz tərzinə sadiq qalan avstraliyalı müğənni bir qədər əvvəl ‘’The Voice UK’’ (“Birləşmiş Krallığın səsi”) yarışmasındakı münsif kürsüsünü həmkarı Rita Oraya verərək sənətinə geri dönəcəyini açıqlamışdı.