“Onu hər zaman çox sevdim ” – Hülya Avşar

“Onu hər zaman çox sevdim ” – Hülya Avşar
1838 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli sənətçi Hülya Avşar tennis oyunundan dərhal sonra jurnalistlərə müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, keçmiş həyat yoldaşı və həmçinin qızı Zəhranın atası olan Qaya Çilingiroğlunun mediaya verdiyi müsahibəsində “Bir daha türk xanımı ilə evlənmərəm, evlənsəm də, əcnəbi xanımla ailə həyatı quraram” deməsinə cavab verib: 

“Yaxşı və düzgün deyib, Qayanın o haqda olan fikirləri mənə maraqlı deyil, onu bir insan olaraq hər zaman çox sevdim və sevirəm. Həyatını necə istəyirsə elə də yaşasın”.

Çilingiroğlunun “Hülya mənim arxamca çox süründü” kimi açıqlamalarına gəldikdə isə müğənni “O, nə deyirsə doğrudur, boş səs-küy yaratmaq məqsədi ilə danışıb” deyərək olanlara elə də ciddi yanaşmayıb.

Ötən həftə qızı Zəhra və eks həyat yoldaşı Qaya ilə hovuzda çəkdirdikləri şəkli İnstaqram hesabında paylaşan ifaçı yayılan dedi-qodulara da son qoyub:

“Nə də olsa, bizim bir övladımız var və mən bilirəm ki, Qaya mənim haqda pis bir şey demək istəməyib. Bəzən mətbuatda çıxan xəbər başlıqları oxucuda yanlış fikir formalaşdıra bilər, ancaq mən əminliklə onun pis niyyətli olmadığını düşünürəm”.