“Hər an öldürülmək qorxusu ilə yaşamaq dəhşətdir”

“Hər an öldürülmək qorxusu ilə yaşamaq dəhşətdir”
3730 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Pınar Altuğ qatıldığı proqramların birində ilk dəfə həyat yoldaşı, aktyor Yağmur Atacana edilmiş sui-qəsd haqda danışıb.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa həmin hadisədən sonra böyük tramva keçirdiyini söyləyib:
 
“Qızımız olmasaydı, bu ölkəni tərk edərdik. Çünki hər gün ölüm təhlükəsi ilə üz-üzəyik. Dövlət bizi qorumur”.

Xatırladaq ki, Y.Atacan öz avtomobilində olarkən naməlum silahlı şəxs maşının pəncərələrinə atəş açmış, daha sonra silahı qaçmağa çalışan Yağmurun üzünə tuşlamışdı. Lakin xoşbətlikdən silah açılmayıb. Pınar hadisənin təfərrüatını belə danışıb:

"Həyat yoldaşım silahlı hücuma məruz qalarkən mən qızım Su ilə alış-verişdə idim. Mənə zəng edib özü xəbər verdi. Qışqırdım. Həmin vaxt qızımızı evə necə apardığımı xatırlamıram. Dayəsinə tapşırdım ki, bütün qapıları, pəncərələri bağlasın. Yağmurla polisə şikayət etdik. Cinayətkar tapıldı və həbs olundu. Lakin “dəlilik kağızı” olduğu üçün mənim ad günümdə sərbəst buraxıldı. Mən hələ də dəhşət içindəyəm. Bu insan hər an bizə hücum edə bilər.

Onun azadlıqda olmağı ailəmizi çox qorxudur. Yağmurla mən böyük travma aldıq. Hələ də psixoloq yanına gedirik. Cangüdənsiz bayıra çıxa bilmirik. Həyatımız tamamilə çərçivəyə salınıb. Hər an öldürülmək qorxusu ilə yaşamaq dəhşətdir. Yağmur qızımızla planlaşdırdığı gəzintilərin hamısını təxirə salmalı oldu. Biz Suya bunun səbəbini başa sala bilmirik. Ən dəhşətlisi isə, həmin cinayətkarın izahatında yazdığı sözlərdir. O, mənimlə onun ruhumuzun əkiz olduğunu və buna görə evlənməyimizin vacibliyini söyləyib. “Buna görə Yağmuru aradan götürməliyəm”, - deyə inanılmaz fikirlər səsləndirib. Başımıza bundan da pis hadisənin gəlməyindən qorxuram”.