Viktoriya Bekhem səfir oldu - video+fotolar

Viktoriya Bekhem səfir oldu - video+fotolar
1567 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Devid Bekhemin həyat yoldaşı, müğənni və dizayner Viktoriya Bekhem BMT-nin “QİÇS-lə mübarizə üzrə” xoşməramlı səfiri təyin olunub.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Baş Assambleyasında çıxış etmək üçün Londondakı butikinin açılışını təxirə salan və Nyu-Yorka yollanan V.Bekhem dünən mətbuat konfransında çıxış edib:
 
“Mən səbirsizliklə BMT ilə birgə işimin başlayacağı günü gözləyirəm. Artıq uzun müddətdir ki, Elton Conun “QİÇS-lə Mübarizə Fondu” ilə əməkdaşlıq edirəm. Mən həm ana, həm də qadınam. Buna görə də, bütün xanımlara kömək etmək istəyirəm. Körpələr HİV infeksiyasına yoluxmuş halda doğulmamalıdır”.

Daha sonra Viktoriya Bekhem QİÇS-lə mübarizə üzrə Birləşmiş Millətlər Proqramının icraçı direktoru Mişel Sidibedən epidemiya ilə mübarizə aparan “BMT-nin xoşməramlı səfiri” sertifikatını alıb.