Gərgin yorğunluq nəyin əlamətidir?

Gərgin yorğunluq nəyin əlamətidir?
2440 dəfə oxunub
  • A-
  • A
  • A+
Səni nə narahat edir? Yuxusuzluq, başağrısı, halsızlıq, yaddaş və fiziki zəiflik.... Bu təhlükəlidir?

Axşam.az xarici mətbuata istinadən halsızlığı aradan qaldıracaq vasitələr təqdim edir:

Sadalananlar yorğunluqdan çox anemiyanın əlamətləridir. Bunu təkcə dincəlməklə müalicə etmək olmur. Əgər beynin yorğundursa, dırnaqların haçalanır, saçların tökülür, ağzın acı dadırsa, dəyərli vaxtını dırnaq vannalarına, vitamin qəbul etməyə itirmə. İlk görəcəyin iş qan analizi verib, hemoqlabinin miqdarını öyrənməkdir.

Əlacı:

Əgər hemoqlabinin miqdarı 120 q/l-dirsə, bu, az göstəricidir və demək, dəmir tərkibli preparatlar qəbul etmək lazımdır. Müalicə 4-6 aydır. Problemin səbəbkarı pəhrizlərdir. Qadınların hemoqlabini
kişilərə nisbətən, 2 dəfə aşağıdır. Ona görə də orqanizmə lazımı qədər qida daxil olmayanda, qaraciyər və əzələlər öz hemoqlabinini sərf edir və nəticədə, ümumi orqanizm zəifləyir. Əgər mütəmadi olaraq nar, alma, mal qaraciyəri, bal və çərəz yesən, heç bir problemin olmaz.