Corc Kluninin toy axşamı – fotolar

Corc Kluninin toy axşamı – fotolar
1941 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun tanınmış aktyoru Corc Kluninin aylardır gözlənilən nikah mərasimi bu gün baş tutacaq.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, dünən aktyor vəkil nişanlısı Amal Alamuddin və dostları ilə toy axşamını qeyd edib. Cütlük yaxın dostları ilə birlikdə Venesiyanın məşhur qayıqlarında ziyafətə yola düşüblər. Amal toy axşamına əsrarəngiz qırmızı libas geyinib. Corc tünd göy pencəyində olduqca xoşbəxt görünüb.

Tədbirə məşhurlardan aktyor Met Deymon və model Sindi Krofort da qatılıb. Corc Kluni hətta onları qayıq-taksiylə ziyafətə  aparan sürücünü də toyuna dəvət edib.

Qeyd edək ki, qonaqlar bu gün baş tutacaq toy mərasiminə mobil telefon apara bilməyəcəklər. Toyda yalnız professional fotoqrafların şəkil çəkməsinə icazə veriləcək.