Şahzadə Harri Uilyam və Keyt Midltonu geridə qoydu

Şahzadə Harri Uilyam və Keyt Midltonu geridə qoydu
2032 dəfə oxunub
  • A-
  • A
  • A+

30 yaşlı Uels şahzadəsi Harri Amerikada “Newsweek” jurnalının keçirdiyi sorğuya əsasən, Britaniya krallığının ən sevilən siması seçilib.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, sorğuda iştirak edənlər Harrini “səmimi”, “əylənməyi bacaran”, “ünsiyyətcil”, “yumor hissinə malik”, “canayaxın” olduğu üçün sevirlər.

Sıralamanın növbəti pillələrində ardıcıllıqla Kraliça II Yelizavetta, şahzadə Uilyam, Keyt Midlton, şahzadə Çarlz və Filipp yer alıb.
 
Qeyd edək ki, jurnalın gəldiyi nəticəyə görə, Keyt Midltonun xalq arasındakı məşhurluğu getdikcə azalır. Sorğuda iştirak edənlərin sadəcə 1%-i hersoginyanın yerində olmaq istədiyini bildirib. İnsanların 89%-i isə bir günlük belə Kembric hersoginyasının yerində olmaq istəmədiyini söyləyib.