Səhnəyə aşpaz paltarında çıxdı - foto

Səhnəyə aşpaz paltarında çıxdı - foto
2163 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni İrəm Dərici ötən gün Boluda verdiyi konsert zamanı səhnəyə maraqlı libasla çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağışa rəğmən, 2 mindən çox tamaşaçını əyləndirməyi bacaran müğənni adıçəkilən bölgənin bələdiyyəsi tərəfindən ona hədiyyə edilmiş, üzərində adı yazılan aşpaz paltarı ilə çıxış edib.

“Benim de islanmam lazım” bəstəsini səhnədən enərək yağışın altında oxuyan İrəm daha sonra mahnılarını ayaqqabılarını çıxararaq səsləndirib.