“Onun zəngi mənim üçün çox önəmli idi” – Günay

“Onun zəngi mənim üçün çox önəmli idi” – Günay
3544 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli xalq artisti Aygün Kazımovanın onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında A.Kazımovanın “Günay burnunu əməliyyat etdirsə, yaxşı olar” sözlərinə belə reaksiya bildirib:

“Burnumda ət yoxdur, yoxlanmışam. Hətta plastik formada da müayinədən keçmişəm. Həkim dedi ki, burnunu əməliyyat etmək olmaz. Orada qlobal bir problem yoxdur. Rahat nəfəs ala, danışa bilirəm. Burnumu əməliyyat etdirmək fikrində deyiləm. Bu açıqlama Aygün xanımla aramızda heç bir inciklik yaratmır. Aygün Kazımova bir brenddir. Dövrün müğənnisi ayrı, brend başqa. İzlədiyim klipləri, bir çox yenilikləri ilə sənətdə çox şeyə imza atıb. Aramızı vurmağa çalışsalar, zəng edib danışarıq. Sözüm varsa, kiminsə vasitəsilə çatdırmıram, özüm deyib, aydınlıq gətirirəm. Aygün xanım konsertimə gələ bilməmişdi, Bakıda deyildi. Amma telefonla əlqə saxlamışdı. Onun zəngi mənim üçün çox önəmli idi. Dedi ki, heç kimə fikir vermə, telefonunu söndür. O sözlər gəlməyindən də önəmli idi. Onun bu dəstəyini unutmaram”.