“Tezliklə toy gözlənilir”

“Tezliklə toy gözlənilir”
2605 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Azəri Günel Zeynalova qardaşı, ifaçı Tunar Rəhmanoğlunun sirrini açıb.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan Günel aparıcıların Tunara verdiyi “Nə vaxt evlənirsən” sualına belə cavab verib:

“Allah qoysa, belə bir şey gözlənilir. Tezliklə toy olacaq. Biz də istəyirik. Tunar da kimisə bəyənəndə bizə müraciət edir ki, görün bu qız necədir ? Ən əsası onun bəyənməyidir”.
 
Bu haqda danışmaq istəməyən T.Rəhmanoğlu yaradıcılığından bəhs edib. O, müğənni Xatirə İslamla duetinin aqibətindən danışıb:
 
“Dueti oxuduq, bir – iki məclisdə səsləndirdik. Daha sonra Xatirə mənə demədən mahnını Vasif Məhərrəmli ilə ifa etdi. Mənə heç bir açıqlama vermədi. Niyə belə etdiyini də bilmirəm”.

Qeyd edək ki, X.İslam və V.Məhərrəmlinin oxuduğu duetin adı “Sənə bağlanıram”dır.