Sibel Canın villası məhkəməlik oldu

Sibel Canın villası məhkəməlik oldu
2874 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Sibel Canın villası məhkəmə mövzusuna çevrilib.
 
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, evin dizaynını verən Sərpil Cərrahoğlu reportajların birində müğənninin villasının interyerini özlərinin hazırladığını söyləyən "Darcan&Darcan” şirkətini məhkəməyə verib və gəlinən qərara əsasən, S.Cərrahoğluna 10 min lirə (təxminən 3500 manat) təzminat ödənilib.

Lakin daha sonra S.Canın evindəki əşyaların tarixi əsər olub-olmadığını araşdırmaq üçün yenidən məhkəmə prosesi başlayıb. Üç gün davam edən prosesdən sonra əvvəlki hökmün qüvvədə olması haqda nəticəyə gəlinib.
 
Xatırladaq ki, Sərpil Cərrahoğlu adıçəkilən şirkətə 30 min lirə (10 min manat) təzminat tələbi irəli sürmüşdü.