“Gecə saat 3-də evinə gələn qadın hansı ailədən danışa bilər?”

“Gecə saat 3-də evinə gələn qadın hansı ailədən danışa bilər?”
2976 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə proqramlara dəvət edilən şou-biznesdəki həmkarlarından bəhs edib.

Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinin qonağı olan sənətçi bunları deyib:

“Bu şou aləmində hər cür insanlarla qarşılaşmaq olar. Mənə elə gəlir, bəzi efirlərin günahı var ki, qeyrəti olmayanı verilişə qeyrətdən danışmağa çağırır. Həmin adam da camaata “dərs keçir”. Əri olmayanı dəvət edirlər, ailədən danışır. Uşağı olmayan da uşaqdan bəhs edir. İmkan verin, yerimizdə oturaq. Adama demək lazımdır ki, get bozbaşını bişir. Sən bizə, ümumiyyətlə Azərbaycan xalqına ailədən, qeyrətdən dərs keçmə. Çünki sənin ailəndə “qeyrət”, “namus” sözü yoxdur. Gecə saat 2-də, ya da 3-də evinə gələn qadın hansı ailədən danışa bilər?”.