Uşaqlarından Riki Martinə gözlənilməz sual

Uşaqlarından Riki Martinə gözlənilməz sual
3617 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Riki Martinə əkiz oğlanları Matteo və Valentino tərəfindən gözlənilməz sual ünvanlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, surroqat ana vasitəsilə dünyaya gətirilən uşaqlar R.Martindən “Ata, bizi sən doğmusan?”, - deyə soruşublar.
 
Bu barədə danışan müğənni onlara açıqlama vermək məcburiyyətində qaldığını söyləyib:

“Oğullarıma sizi ürəyimdə gəzdirmişəm, həmişə də belə olacaq” söylədim”. Riki Martin bu tip sualların çox həssas məsələ olduğunu və diqqətlə cavablandırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, porto-rikolu ifaçı 2010-cu ildən öz həmcinsi ilə münasibətdədir.