Corc Kluni evləndi

Corc Kluni evləndi
1520 dəfə oxunub
  • A-
  • A
  • A+
53 yaşlı Hollivud ulduzu Corc Kluni ilə 36 yaşlı vəkil Amal Alamuddinin toyu həftəsonu baş tutub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Venesiyada otellərdən birində keçirilən möhtəşəm mərasimdə cütlüyün yaxın dostları və qohumları iştirak edib.
 
A.Alamuddinin gəlinliyi britaniyalı dizayner, hersoginya Keyt Midltonun toy libasını hazırlayan Sara Bertonun "Alexander McQueen” moda evindən olub. C.Kluni isə “Giorgio Armani”dən kostyum geyinib.

Toyda çəkiliş aparmağa icazə verməyən cütlüyün şəkillərini jurnallardan birinə 2 milyon dollara satdığı söylənilir.