Pattinson yeni qərara gəlib

Pattinson yeni qərara gəlib
1286 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Robert Pattinson vətəni İngiltərəyə geri qayıtmaq istəyir.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, uzun müddətdir Los-Ancelesdə yaşayan aktyor bu haqda ingilis dərgilərindən birinə müsahibəsində deyib:

"Düşünürəm ki, bundan sonra vaxtımın çoxunu Londonda keçirsəm daha yaxşı olar. Los-Ancelesdə altı-yeddi il yaşadım. Burada qaldıqca insan daha da öyrəşir. Bu isə məni bezdirir".

Qeyd edək ki, Pattinsonun gənc ifaçı Taliya Barnettlə eşq yaşadığı xəbərləri yayılıb. Taliya münasibətlərinin mediada yayılmasını istəmir. O, sevgisiylə yox, öz sənəti ilə gündəmə gəlmək niyyətindədir.