Bunları bilmək hər qadına lazımdır

Bunları bilmək hər qadına lazımdır
2792 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımların ləzzətli yemək hazırlamaq üçün hər zaman kiçik sirlərə ehtiyacları var.

Axşam.az yeməkləri daha da ləzzətli hazırlamaq üçün xırda məsləhətlər təqdim edir:


·Vineqred salatı hazırlayarkən bir xörək qaşığı südə 1 çay qaşığı şəkər tozu qatıb, salata töksəniz, o daha dadlı alınar.

·Salat üçün kartof bişirirkən onun suyuna bir çay qaşığı sirkə tökün. Bu zaman kartoflar həm rəngini dəyişməyəcək, həm də əzilməyəcək.

·Qoyun ətinin iyi gəlməməsi üçün onu xırda sarımsaqlar doğranmış süddə 1 saat saxlayın.

·Salatın içərisinə tökəcəyiniz almaların qaralmaması üçün onları doğradıqdan sonra yarım saat duzlu suda saxlayıb, sonra yuyun.

·Çini qabları isti suyla yumaq olmaz. Bu zaman onların rəngi tez solacaq.

·Gümüş qaşıqların və ya çəngəllərin daha yaxşı parıldaması üçün onları diş pastası və naşatir spirti qatılmış su ilə yuyun.