Günay və Elçin Moskvada şou göstərəcək

Günay və Elçin Moskvada şou göstərəcək
1463 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli və Elçin Cəfərov Moskvada konsert verəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda gecənin təşkilatçısı “Azərbaycan Mədəniyyət Studiyası”nın və “Nar” prodakşının rəhbəri Samirə Zeynalova deyib.

Konsert noyabrın 1-də “Korolevskiy zal Ostankino”da baş tutacaq. “İkisi birində” adlanan mərasimdə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq.

S.Zeynalova konsertin aparıcısının Zaur Nəbioğlu olacağını vurğulayıb:

“Əvvəl bu gecəni “Azəri party” adı ilə keçirtməyi düşünürdük. Sonradan bizə gələn çoxsaylı istəkləri nəzərə alaraq gecədə dəyişiklik etdik. Adı “İkisi birində” etdik. Gecədə həm müğənnilər sevilən mahnılarını oxuyacaq, həm də moda nümayişi baş tutacaq. Bununla yanaşı dicey iştirakı ilə parti də keçiriləcək. Moskvada yaşayan həmyerlilərimiz möhtəşəm gecədə Azərbaycan mahnıları dinləyəcək”.

Təşkilatçı Moskvada nəzərdə tutulan konsertlərin davamlı olacağını bildirib. Belə ki, noyabrın 21-də xalq artisti Alim Qasımovun konsertinin keçirilməsi planlaşdırılır.

Konsertin informasiya dəstəyi Axşam.az saytıdır.