Təranənin verilişinin aqibəti necə oldu? - açıqlama

Təranənin verilişinin aqibəti necə oldu? -  açıqlama
3633 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədovanın aparıcılıq edəcəyi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, onun “Hələ bu harasıdır” adlanan verilişinin sentyabrın 15-də yayımlanacağı deyilsə də, proqram hələ də gecikir. Bununla bağlı açıqlama verən T.Səmədova bunun səbəbini açıqlayıb:

“Veriliş oktyabrın 6-dan yayımlanacaq. Gecikməyə dekorasiya işləri səbəb oldu. İstəyirik ki, hər şey yüksək səviyyədə olsun. Əvvəlki dekorasiya ürəyimizcə deyildi. Qərara gəldik ki, başqa dizayn olsun. Artıq işlər tamamlanır”.

Qeyd edək ki, “Hələ bu harasıdır” verilişi həftə içi beş gün 10:45-dən 12:45-ə kimi “Space” telekanalında yayımlanacaq.