“Mənimlə heç kim maraqlanmır” - Məryəm Üzərli

“Mənimlə heç kim maraqlanmır” - Məryəm Üzərli
3017 dəfə oxunub
  • A-
  • A
  • A+
“Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə tanınan  almaniyalı aktrisa Məryəm Üzərli “Elle” jurnalına müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, aktrisa bir sıra məsələlərə aydınlıq gətirib. O, Türkiyəni tərk etdikdən sonra ölkəsində dincəldiyini və  uzun-uzadı düşünmək imkanının olduğunu deyib:

“Hamilə olduğum üçün bütün gün evdə otururdum. Arada gəzintiyə çıxır, velosiped sürür, dostlarımla görüşürdüm. Bir sıra hadisə yaşamışdım. Özümdən soruşdum ki, sənə necə rahat olacaq? Mən də tapdığım cavabı tətbiq etdim. Bir dəfə Bebekdə kafedə oturarkən bir uşaq mənə yaxınlaşıb dedi ki, mən də məşhur olmaq istəyirəm. Soruşdum “Aktrisa, yoxsa məşhur olmaq?”. Cavab verdi ki, tanınmaq arzusundadır. Amma mən sadəcə aktrisa olmaq istəmişdim, heç vaxt məşhur olmaq niyyətində deyildim”.

M.Üzərli Berlində elə də tanınmadığını etiraf edib:

“Az qala bir ildir buradayam. Amma mənimlə heç kim maraqlanmır. Türk taksi sürücüsünə rast gəlsəm, məni tanıyır, şəkil çəkdirmək istəyir, vəssalam”.