Kraliça ilə Keyt Midlton arasında növbəti narazılıq yaranıb

Kraliça ilə Keyt Midlton arasında növbəti narazılıq yaranıb
2121 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniya kraliçası II Yelizavetta ilə gəlini, Kembric hersoginyası Keyt Midlton arasında növbəti söz-söhbət yaranıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iki aylıq hamilə olan K.Midlton və həyat yoldaşı, şahzadə Uilyam hələ körpələrinin cinsiyyəti bəlli olmasa da, qızlarının dünyaya gəlməsini arzulayırlar. Cütlük hətta doğulacaq uşaqlarına ad da tapıblar.
 
Belə ki, Keyt və Uilyam körpəyə nənəsi şahzadə Diananın adını qoymaq fikrindədirlər. Lakin kraliça bu qərarın qəti əleyhinədir. O, Uilyama daha aristokratik adlardan birini – Elizabet və ya Marqareti seçməyi məsləhət görüb.

Qeyd edək ki, II Yelizavetta bir sıra məsələlərdə Keyt Midltonla narazılıq yaşayıb. Kraliçanın kaprizlərinə dözməyən K.Midlton bu səbəbdən Kensinqton sarayını tərk edərək Norfolk qraflığına yerləşib.