Bakıda koreyalıların möhtəşəm şousu - fotolar

Bakıda koreyalıların möhtəşəm şousu - fotolar
1214 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yüksəlişə uçuş” adlı qala konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, proqram Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Fondu və SEBA (Seul-Bakı)  Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Gecədə “Gamblerz Crew”, “Animation Crew” və “Season of Soul” qrupları möhtəşəm şou göstərib. Koreya ənənəvi musiqisinin nümayişi fonunda 24 nəfərdən ibarət heyət Riçard Baxın “Conatan Livinqston adlı dəniz qağayısı” hekayəsini hip-hop rəqsi formasında təqdim edib. “Season of Soul “ qrupunun solisti isə çıxışı zamanı tamaşaçıları Azərbaycan dilində salamlayıb.

“Bi-boys” komandalarından olan  “Gamblerz Crew” və “Animation Crew” iştirakçıları “Robot rəqsi”nə görə, izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.