Həyat yoldaşının vəfatından danışdı: "Sarsıldım, dəhşətli anlar keçirdim"

Həyat yoldaşının vəfatından danışdı: "Sarsıldım, dəhşətli anlar keçirdim"
2302 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Amaliya Pənahova prodakşın açıb.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda “5/5” verilişində qonaq olarkən deyib:

“Bu yay dincəlmədim. Heç bağıma da getmədim. Beynəlxalq layihələrdə iştirak etdim. Filmlərə çəkildim, tamaşada rol aldım. Bir də film prodakşını açdım. Adı “Amal”dır. Burada yeni filmlər ərsəyə gətirəcəyik”.

Həyatından bəhs edən A.Pənahova şadlıqdan qorxduğunu deyib:

"Nənəm dünyasını dəyişəndən sonra sarsıldım. On yaşım var idi. Elə bilirdim ki, insanlar qocalıb, əldən düşəndə ölür. Güman edirdim, valideynlərim, sevdiyim insanlar hər zaman yanımda olacaq. O qorxu hissi həyatım boyu məni izlədi. Niskilliyə daha meyilliyəm. Bu günə kimi ürəklə gülməmişəm. Şadlıqdan qorxuram. Daha sonra həyat yoldaşımın vəfatı... Gözünün qarşısında plan quran, harasa tələsən, qarşında danışdığın insan yox olur. Mən tək idim, uşaqlar gəlib çıxana kimi... Sarsıldım, dəhşətli anlar keçirdim. İndi də insanların yalanından sarsılıram”.