Deputatlarımız Moskvada futbol oynamağa gedəcək

Deputatlarımız Moskvada futbol oynamağa gedəcək
854 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ayın ortalarında bir qrup azərbaycanlı deputat futbol oynamaq üçün Moskvaya yola düşəcək.

Millət vəkilləri 7 ölkənin deputatlarının qatılacağı futbol yarışında Azərbaycanı təmsil edəcəklər.
 
Axşam.az-ın modern.az-a istinadən məlumatına görə, Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski Azərbaycana səfəri zamanı bu təklifi irəli sürüb və azərbaycanlı deputatlar buna razılıq veriblər. Deputat Siyavuş Novruzov məlumatı təsdiqləyib.

O, əvvəlki illərdə də belə yarışın keçirildiyini bildirib.

Azərbaycanı hansı deputatların təmsil edəcəyinə gəlincə, Siyavuş Novruzov hələ bununla bağlı seçim mərhələsinin başa çatmadığını deyib.

Qeyd edilən futbol turnirində Rusiya, Belarus, Orta Asiya respublikaları və Azərbaycandan olan deputatların yarışacağı bildirilir.