Samirə qızına görə narahatdır: “Şokdan hələ də ayılmamışam”

Samirə qızına görə narahatdır: “Şokdan hələ də ayılmamışam”
10470 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcıları Vaqif Aydınoğlu və Samirə Mustafayeva cütlüyü qızlarına görə narahatdır.

Axşam.az-ın məlumatına görə, bu haqda Samirə sosial şəbəkədə yazıb.

O, “Biz bir balaca xəstələnmişik. Çox şükür ki, indi hər şey yaxşıdır. Səhv qoyulan diaqnozun şokundan hələ də ayılmamışam. İndi çox xoşbəxtəm, Allahım yenə də möcüzə yaratdı”, deyə bildirib.

Əməkdaşımızla söhbətində S.Mustafayeva qızı Nuranın səhhəti haqda bunları söyləyib:

“Qızım xəstələnmişdi. Həkimə apardıq, analizin cavabını səhv dedilər. Çox pis xəstəlik diaqnozu qoydular. Sonradan aydınlaşdı ki, sən demə, Nuran sadəcə, soyuqlayıbmış. İndi yaxşıdır. Hazırda həkim nəzarətindədir. Bir həftədən sonra evə buraxılacaq”.