Almaz Ələsgərlinin sevgilisi var

Almaz Ələsgərlinin sevgilisi var
2973 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərli eşq macərası yaşadığını etiraf edib.
 
Axşam.az-ın məlumatına görə, müğənni “Şoubiz+” verilişinə açıqlamasında sevdiyi şəxsin olduğunu deyib:

"Hər bir gözəl qadının istədiyi şəxs ola bilər. Bu sənət elədir ki, sevməsən, yarada bilməzsən. Əlbəttə ki, sevdiyim insan var. Hansı qadın deyə bilər ki, mən sevmirəm? Mən dəmir, plastmas, divar deyiləm ki...".

A.Ələsgərli həmçinin tez-tez müzakirə mövzusuna çevrilən sponsor məsələsinə toxunub:
 
“Sponsor  sözü mənə çatmır. Kişi sevdiyi qadına ürəyi istəyib pul verir. Demək, o kişinin həmin xanıma böyük məhəbbəti var ki, ona pul xərcləyir".