“Bu xəbəri yazanı məhkəməyə verəcəyik”

“Bu xəbəri yazanı məhkəməyə verəcəyik”
3014 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Engin Altan Düzyatan həyat yoldaşı Nəslişah Alkoçlarla dalaşması iddialarına cavab verib.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, aktyor bu xəbərin yanlış olduğunu bildirib:

“Bir ildir ki aramızda heç bir söz-söhbət yaranmayıb. Bunu eşidəndə şoka düşdük. Yalan informasiyalardan əl çəksinlər. Bu xəbəri yazanı məhkəməyə verəcəyik. Artıq hədlərini aşırlar, tərbiyəsizlik edirlər. Mən belə xəbərlərə öyrəşmişəm, amma Nəslişah bundan narahat olur”.