"İndiki ağlım olsaydı, heç vaxt ərə getməzdim" - Mətanət
Müsahibə
15:22 / 01.10.14
Ailem.az ATV kanalının “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevadan müsahibə götürüb.
Axşam.az həmin müsahibəni təqdim edir.
- Evlilik, yoxsa subaylıq?
- Evlilik.
- Ailə, yoxsa karyera?
- Məndə hər ikisi eyni xətt üzrə gedir və hər ikisi bir-birinin möhkəmlənməsinə kömək edir. Düşünmürəm ki, hansısa digərinə mane olur.
- Oğlan, yoxsa qız uşağı?
- Oğlan.
- Çay, yoxsa kofe?
- Kofe.
- Pizza, yoxsa qutab?
- Qutab.
- TV, yoxsa radio?
- Radio.
- Məşhur olmaq, yoxsa olmamaq?
- Kim sevmir ki məşhurluğu?!
- Hansında rahatdır Mətanət: xəbər aparıcısı, yoxsa şou aparıcısı kimi?
- Hər ikisində. Xəbər şouya kömək edir. Informasiya baxımından və dünyada baş verən hər bir şeydən xəbərim var.
- ANS ÇM, yoxsa 106.3?
- ANS ÇM-i seçsəydim, elə orada qalardım da .... Əlbəttə, 106.0 və 106.3. Harada inkişaf var, deməli, yalnız o istiqamətə doğru...
- Elgiz, yoxsa Zaur Baxşəliyev?
- Hər ikisi hörmət etdiyim aparıcılardır. Tərəziyə qoysan, Elgiz Zaurdan çəki baxımdan ağır gələcək, amma peşəkarlıq tərəfdən Zaur çox üstündür.
- Serial, kino, yoxsa kitab?
- Mənim həyatım elə özü başdan ayağa çox serialı kinodur. Yaxşı bir yazıçı istəyirəm ki, kitab yazsın.
- Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?
- Qadınlar təhlükəlidir. Çox, lap çox....
- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?
- Gözəllik və intellekt - seksuallılığını isə nümayiş etdirməsə də, olar. Qadın sirli olmalıdır.
- Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?
- Hər şeyə müdaxilə etmək, eyni sözü daima təkrar etmək (bu çox bezdiricidir, özünü gözdən salır) və nəhayət qadını olduğu kimi hiss etməmək.
- Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?
- Heç nə, sadəcə gözlərinin içinə baxaram, baxaram, baxaram, o vaxta qədər ki, başını qaldırıb o da baxsın, nə bilim, baxa biləcək, ya yox?!
- Xoşbəxt olmaq üçün nə lazımdır?
- Həyatı sevmək.
- Sizi ən çox hansı sual bezdirir?
- Heç biri, lap təkrar da olsa, məmnuniyyətlə cavab verirəm.
- Dönüb geriyə baxanda nəyi etdiyinizə görə peşmanlıq çəkirsiniz?
- Mən geri dönüb heç vaxt baxmıram. Geridə qalan artıq gerilədi, yalnız irəli.
- “İndiki ağlım olsaydı...” – cümlənin davamını necə bitirərdiniz?
- Heç vaxt ərə getməzdim (gülür).