Aytən Səidə Sultanla qalmaqalına canlı efirdə son qoyacaq

Aytən Səidə Sultanla qalmaqalına canlı efirdə son qoyacaq
2121 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in aparıcısı Aytən Səfərova ilə müğənni Səidə Sultan arasındakı qalmaqal davam edir.
 
Axşam.az-ın məlumatına görə, aparıcı məsələyə canlı efirdə son qoymaq qərarına gəlib. O, buna görə sənətçini sabah “Salam Azərbaycan” verilişinə dəvət edib. A.Səfərova bu haqda sosial şəbəkədə yazıb:

“Müğənni Səidə Sultanla aramızda xoşagəlməz insident yaşanır. Mənə gələn mesajlardan, telefon zənglərindən, verilən suallardan bezmişəm. Səidə Sultanı sabah “Salam Azərbaycan Aytən Səfərova ilə” verilişinə dəvət etmişəm. Nə olursa, qoy canlı efirdə baş versin. Bezdim. Amma Səidə Sultan gələcəkmi? Bax, əsas məsələ budur!”.