Məhkəmə bu videoya görə Kərimi cərimələdi - 1000 manat

Məhkəmə bu videoya görə Kərimi cərimələdi - 1000 manat
5155 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim “Düzünü desək” verilişində “avtoşluq” edərkən çəkilmiş görüntüləri barədə danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı həmin kadrların keçmiş işçisi tərəfindən qəsdən yayıldığını və bu hərəkətinə görə cərimə olunduğunu deyib:

“Həmin hadisə 2 il bundan əvvəl baş verib. Köhnə işçim ya savadsızlıqdan, yaxud da qərəzli şəkildə bu videonu “Facebook” səhifəsində paylaşıb. Həmin vaxt maşınımı təzə almışdım və onu sınaqdan keçirmək üçün avtobanda sürürdüm. Bəzi dırnaqarası jurnalistlər isə bunu elə bir zamanda gündəmə gətirdilər ki, həmin vaxt çoxlu şəhid vermişdik. “Şəhidlərimiz rəhmətə gedir, Kərim isə 220 ilə maşın sürür” yazılması məni yandırıb-yaxdı. Bu hərəkətimlə fəxr etmirəm. Məhkəməm oldu və o görüntülərə görə 1000 manat məbləğində cərimələndim. Həmin hadisədən sonra özümə sürücü götürmüşəm”.

Qeyd edək ki, sosial şəbəkədə “avtoşluq” edərkən çəkilmiş videosu yayıldıqdan sonra müğənni saxlanılmış, avtomobili isə cərimə meydançasına aparılmışdı.